İstanbulda “Şuşa ili”nə həsr olunmuş konsert təşkil edilib

İstanbulda “Anadoludan Azərbaycana bir nəfəs- 2022 Şuşa ili” adlı təntənəli konsert təşkil edilib.

Konsert “TRT” İstanbul Radiosu, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı, İstanbulun Bakırköy Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Konsert proqramından əvvəl Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.

Qonaqları salamlayan Hazarfem dərnəyinin sədri Nuran Acar konsertin tarixi Qarabağ Zəfəri və “Şuşa ili”nə həsr olunduğunu bildirib: “Biz illərdir Qarabağ, Şuşa deyirdik. Hər zaman oranı bir nağıl kimi təsəvvür edirdik. Yaxın zamanda Şuşanı ziyarət etdim. Həqiqətən, bu şəhərin bir nağıllar diyarına bənzədiyini gördüm. Bu şanlı Zəfəri bizə bəxş etdiyi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, hər bir qəhrəman türk oğluna minnətdarıq. Eləcə də, hər zaman olduğu kimi, savaş dövründə də qardaş Azərbaycanın yanında olan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla, hər bir Türkiyə vətəndaşına təşəkkürümüzü bildiririk”.

Konsert proqramından əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə olunan şanlı Zəfərimizi özündə əks etdirən videoçarx nümayiş olunub.

Sonra “TRT” İstanbul Radiosunun Anadolu Saz Sənətkarları və türk xalq musiqisi sənətçisi Dünya Tekinin ifasında Azərbaycan və Türkiyə musiqilərinin nümunələri dinlənilib. Konsertdə, həmçinin Hazarfem Dərnəyi Türk Dünyası Ritim (nağaraçılar) və Hazarfem Dərnəyi Azərbaycan Xalq Rəqsləri birliklərinin rəqs və musiqi nömrələri ifa olunub.

Konsert proqramı izləyicilər tərəfindən böyük çoşqu ilə qarşılanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır