“Türkiyə və Pakistan əməkdaşlığı genişləndirmək niyyətindədir”

Türkiyə və Pakistan həm ikitərəfli, həm də beynəlxalq platformalarda əməkdaşlığı genişləndirməkdə qərarlıdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı Türkiyə və Pakistan liderləri ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məsələlərinin bütün spektrini müzakirə ediblər.

Dövlət başçısı əlavə edib ki, tərəflər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Türkiyə lideri qeyd edib ki, Ankara və İslamabad strateji nöqteyi-nəzərdən ikitərəfli münasibətləri iki ölkənin tarixinə, dostluğuna və potensialına uyğun olaraq daha da gücləndirməyə hazırdır. R.T.Ərdoğan Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlığa diqqət çəkib.

“Biz son vaxtlar həyata keçirilmiş konkret əməkdaşlıq layihələrindən məmnunuq. MİLGEM layihəsi çərçivəsində korvetlərin birgə istehsalı bu baxımdan mühüm nümunədir”, – Türkiyə prezidenti bildirib.

Dövlət başçısı Türkiyə ilə Pakistan arasında ikitərəfli ticarətin həcminin 1 milyard dollara çatdığını və tərəflərin bunu 5 milyard dollara çatdırmaq niyyətində olduğunu bildirib.

Əfqanıstandakı vəziyyətə toxunan Türkiyə lideri bu ölkədə davamlı sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

“Biz (Pakistanla – red.) Əfqanıstan xalqına humanitar böhranın təsirlərini yumşaltmaqda kömək etmək üçün birlikdə işləyirik. Türkiyə Əfqanıstana 4000 tondan çox humanitar yardım daşıyan 4 qatarı göndərib, indi biz beşinci qatarı göndərməyə hazırlaşırıq”, – R.T.Ərdoğan əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir