Sabahdan hava pisləşir

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 16-20, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 11-12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və yağışlı hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-dən 13-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir