SOCAR-ın keçmiş operatoru külli miqdarda rüşvət almaqda təqsirli bilinir.
Dövlət Neft Şirkətinin keçmiş operatoru İlyas Əhədov tanışlarını köhnə iş yerinə düzəltmək istəyib. Bu məqsədlə 4 tanışından ümumilikdə 33 min manat pul alıb. O, Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsilə ittiham elan olunub.
Məhkəmənin hazırlıq iclası iyunun 7-də keçiriləcək.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP







