Azərbaycanın təklifləri sülh istəyən bütün tərəflərə faydalıdır

“Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşündə Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafı, habelə sərhəd regionuna aid məsələlər müzakirə edilib. Humanitar məsələlər, o cümlədən ərazilərin minalardan təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirə aparılıb və itkin düşmüş insanların taleyinə də toxunulub. Məlum olduğu kimi, birinci Qarabağ münaqişəsində təqribən 4 min nəfər azərbaycanlının taleyindən indiyədək xəbər yoxdur”. Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının bildirdiyinə görə, müzakirələr nəticəsində əldə edilən razılaşmalar aşağıdakılardır: Birincisi,  sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə olacaqdır. İclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsinə dair bütün məsələlər müzakirə ediləcəkdir. Bu razılaşma müharibədən sonra Azərbaycanın təklifi və istəyidir. Azərbaycan dövləti Ermənistanla normal münasibətlərin qurulması üçün sərhədlərin delimitasiya və demarkasiya edilməsini, mehriban qonşuluq münasibətlərinin yaradılmasını istəyir. Sülh və mehriban qonşuluq ən düzgün yoldur. Regiona gəlmə olmalarına və Azərbaycan ərazilərində sonradan özlərinə dövlət yaratmalarına baxmayaraq, Ermənistanla mehriban qonşuluq münasibətləri yaratmaq Azərbaycanın istəyidir. Bu dövlətlər və xalqlar uçub aya getməyəcəklər. Heç kəsə sirr deyildir ki, hər hansı bir ölkənin sərhədlərini, coğrafi yerləşməni dəyişdirmək çox çətin bir işdir. Ona görə də Ermənistan imkanları ilə üst-üstə düşməyən əsassız iddialarından, xəyallarından imtina edərsə, fayda götürər.

İkincisi, görüşdə nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurətində razılığa gəlinib. Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri  Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər. Bu işi baş nazirlərin müavinləri davam etdirəcəklər. Razılaşma “blokadada” saxlandığı barədə haray-həşir qoparan Ermənistan üçün də faydalıdır.

Üçüncüsü, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Müharibədə əzici qələbə qazanan Azərbaycan dövləti Ermənistanla düşmənçiliyin tarixə keçməsini və mehriban qonşuluq münasibətlərin qurmaq istəyir. Bəlli səbəblərdən Bakı və İrəvan bəlkə də heç vaxt qardaşlaşmış şəhərlər olmayacaqlar, amma mehriban qonşular kimi yaşamaq ən yaxşı yoldur.

Dördüncüsü, Şarl Mişel Qarabağdakı etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyini bildirib. Şarl Mişelin “etnik erməni əhalisi” ifadəsi işlətməsi beynəlxalq normalara tam uyğundur. Çünki Qarabağda bəzi erməni siyasətçilərinin dediyi kimi, hansısa “xalq” deyil, etnik ermənilər var. Azərbaycan dövləti heç bir zaman ermənilər əleyhinə siyasət aparmayıb. Azərbaycan qanunlarına riayət edən etnik ermənilər bütün digər qruplar kimi ölkəmizdə bərabərhüquqlu vətəndaşlar olaraq rahat bir şəkildə yaşaya bilərlər. Dövlətin qanunları Avropa ölkələrində olduğu kimi, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün eynidir.

Beşincisi,  Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəkdir. Bu addım işğaldan azad edilmiş ərazilərdə dirçəliş işlərini aparan Azərbaycana da faydalıdır: “Nəhayət, görüşün yekununda əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyi vurğulanıb. Bu məsələdə Azərbaycan tərəfindən heç bir problem yoxdur. Əsas çətinliklər hələ də müstəqil olmayan Ermənistanla bağlıdır. Məlum xarici dövlətlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının əleyhinə çıxırlar. Belə hesab edirlər ki, Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri qurularsa, onda onlara bu regionda ehtiyac qalmayacaqdır. Əslində üçüncü dövlətə heç ehtiyac da yoxdur. Azərbaycan və təsirlərdən azad, müstəqil olarsa Ermənistan baş-başa qalarlarsa, bütün çətinliklərə baxmayaraq, mehriban qonşular ola bilərlər. İndiyədək Azərbaycan və erməni xalqları “parçla və hökm sür” siyasətindən daim əziyyət çəkiblər.Ermənilər bunu başa düşməyənə qədər sülhə aparan yol çox çətin olacaq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır