Bakı və Abşeronun bir neçə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, məhdudiyyətlər magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır. Buna görə də, bu gün ərzində Abşeron rayonu Müşfiqabad, paytaxtın 28 May və Qaraheybət qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.







