“Türkdilli dövlətlər bir-biri ilə güc-birlik olmalıdır” – Qeyrət Məcid

Müsahibimiz Özbəkistan Yazıçılar Birliyinin müdir müavini, şair Qeyrət Məciddir.
Daha çox sevgi, vətən və fəlsəfi ruhda şeirlər yazan şairin Olaylar.az-a müsahibəsini təqdim edirik.

– Haqqınızda qısa bir tanışlıq apardım və şeir yazdığınızı gördüm. Həm şeir yazıb, həm məmur kimi çalışmaq sizə çətin deyil? Daha çox şairsiniz, yoxsa məmur?
– İlk öncə demək istəyirəm ki, Özbəkistan və Azərbaycan qardaş ölkədir. Dili, dini, arzu və niyyətləri də bir olan qardaşdır. Azərbaycanın dahi şairləri Nizami Gəncəvi, Nəsimi, Füzuli Özbəkistanda çox sevilən şairlərdir.
Mən Yazıçılar Birliyində müdir müavini kimi çalışıram. Eyni zamanda şairəm, şeirlər yazıram. Məmur olmaqdan daha çox şairəm.
– Bilirsiniz ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində tarixi ərazilərini işğaldan azad etdi. Bu mövzu özbək ədəbiyyatında əks olunubmu?
– Hazırda elə bir əsər yoxdur, amma olmasını istəyirəm. Mən özüm işğaldan azad olunmuş ərazilərdə olmuşam. Şuşaya getdim, ora dağlar ölkəsidir. Orda hər yer viran olub, dağıdılıb. Amma mən Azərbaycanın zəfərindən çox xoşbəxt oldum.
– Sizcə, Böyük Türk Dünyasının və ortaq türk dilinin, Avropa Birliyi kimi Turan Birliyinin də yaranması üçün türk dövlətləri hansı işlər görməlidir?
– Türkdilli Dövlətlər Birliyi var ki, tərkibində Türkiyə, Azərbaycan,Özbəkistan, Qazaxıstan və başqa türkdilli ölkələr var. Bizdə türkdilli dövlətlərə həsr olunmuş kitablar hazırlanıb. Orda Azərbaycan ədiblərindən Nəsimi, Nizami, Füzuli, Hüseyn Cavid, Anar müəllim də var.
Türkdilli dövlətlər bir-biri ilə güc-birlik olmalıdır. Birləşsələr, qüvvətli olacaqlar. Güc birlikdədir. Əmir Teymur deyir ki, güc ədalətdədir. Biz də ədaləti tapsaq, birdəmlik, ədalət taparıq.
– Sizcə, bu birləşməyə hansı faktorlar əngəl olur?
– Ən birinci növbədə yazarlar, şairlər birləşməlidir. Azərbaycan yazarlarının əsərləri özbək dilinə, özbək yazarların əsərləri Azərbaycan dilinə tərcümə edilməlidir. Bunların nəticəsi olaraq xalqlar, dövlətlər dost olar, birləşər. Ən birinci yazarlar, şairlər, jurnalistlər  dost olmalıdırlar.

Röyalə Xəyal

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır