İsveç son 29 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib.
İsveçin Statistika Təşkilatı xəbər verir ki, cari ilin fevralında inflyasiya nəzərəçarpacaq dərəcədə artaraq 1993-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. Belə ki, fevralda inflyasiya səviyyəsi illik 4,5 faizə yüksəlib.
Bunun əsas səbəbi ərzaq məhsullarının bahalaşması olub. Mütəxəssislər qiymət artımına ümumiyyətlə tərəvəz və qəhvənin, eləcə də yanacağın bahalaşmasının səbəb olduğunu da vurğulayırlar. Bununla yanaşı, elektrik enerjisinin qiymətləri fevralda bir qədər ucuzlaşıb.
İsveçdə inflyasiyanın səviyyəsi yanvardan etibarən artmaqda davam edir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP







