“Atəşkəs olmasa, danışıqlar da nəticəsiz qalacaq”

Millət Vəkili Cavanşir Feyziyevin müsahibəsin təqdim edirik.
– Bu gün Ukrayna ilə Rusiya arasında danışıqların ikinci raundu başlayır. Bu danışıqlardan hər hansı müsbət nəticə gözləmək olarmı?
Bu gün Rusiya nümayəndə heyətinin rəhbəri Medinskiy danışıqların predmeti hesab olunan məsələlərin 3 blok üzrə müzakirə olunacağını bildirib. Hərbi-texniki, beynəlxalq-humanitar və siyasi bloklar üzrə. Bu ssenari yeni deyil, belə bir bölgü hələ danışıqların Minsk formatında sınaqdan çıxarılıb və heç bir nəticə verməyib. Ona görə qeyd olunan bloklar üzrə danışıqlaraın aparılması, hətta onların hansısa yeni elementlərlə tamamlanması və  nəticədə hansısa ortaq bir qərara gəlinməsi uzun müddət tələb edəcək. Müharibə isə davam edir. Şəhərlər dağılır, infrastruktura və mülki əhaliyə böyük zərərlər dəyir. Ən böyük faciə isə mülki əhali arasında ölüm hallarının gündən-günə artmasıdır. Ona görə  Medinskinin açıqladığı ssenari üzrə danışıqların aparılması bu günkü ekstremal vəziyyətdə səmərəli görünmür. Çünki bir tərəfdən, müharibə arealının genişlənməsi və digər tərəfdən tələfatların artması fonunda bu qədər geniş gündəliyin bütün məsələlərini müzakirə edib qısa bir zamanda ortaq qərara gəlmək sadəcə mümkün deyil. Buna uzun zaman lazımdır.
– Bəs mövcud kritik vəziyyətdən çıxış yolu nə ola bilər?
Deyilən 3 blok üzrə gələcəkdə hansısa nəticələrə nail olmaq üçün hər şeydən əvvəl  tərəflər arasında  atəşkəs razılığının əldə edilməsi vacibdir. Dərhal atəşkəsin əldə olunması hər iki tərəf üçün ilkin şərt kimi qəbul olunmalıdır. Belə bir razılaşma nə qədər tez əldə olunarsa, danışıqların nəticəsi də bir o qədər ümidverici ola bilər.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP  
  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır