“Moskvada Ukrayna haqqında verilən qərar bütün Qərb üçün təhdiddir”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiya lideri Vladimir Putinin qəbul etdiyi qərarla Ukraynanın şərqindəki qondarma rejimləri tanımasını beynəlxalq nizamın dəyişdirilməsi kimi qiymətləndirib.

Yerli televiziya kanalının canlı yayımında aparıcının Rusiya ilə Ukrayna arasındakı gərginlik barədə suala cavabında Ukraynanı dəstəklədiklərini açıqlayıb.

“Ukrayna çətin günlər yaşayır. Dost ölkə olan Ukraynada, həqiqətən, çox çətin vəziyyətdir. Qardaş millətə dəstəyimizi təkrarlamaq və Ukrayna ilə həmrəyliyimizi ifadə etmək istəyirəm.

Təbii ki, yaşananlar qətiyyən qəbuledilməzdir. Rusiyanın Ukrayna torpaqlarını müstəqil varlıqlar olaraq tanıması qəbuledilməzdir, hüquqaziddir və dünyadakı beynəlxalq nizamı dəyişdirir”, – baş nazir qeud edib.

Qaribaşvilinin sözlərinə görə, Moskvada Ukrayna haqqında verilən qərar bütün Qərb dünyası üçün təhdid təşkil edir:

“Həqiqət budur ki, rus hökuməti sadəcə müstəqil və ərazi olaraq Avropanın ən böyük dövləti olan Ukraynaya deyil, eyni zamanda, açıq demək lazımdırsa, NATO da daxil olmaqla, bütün Qərbi çox ciddi meydan oxuma ilə qarşı-qarşıya gətirdi”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP   

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır