Azərbaycanda iki bacının faciəsi – 8 nəfər eyni gündə öldü – FOTO/VİDEO

Ötən gün Qusarda bir ailənin 5 üzvü – 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları – 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.

Baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişib.

Belə ki, BakıQuba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.

Qəzanın baş verdiyi yerdən video:

Məlumata görə, ailə 6 ay öncə övlad sahibi olub. Onlar Sumqayıtda yaşayıblar.

Eyni gündə ailəsi ilə birgə həlak olan Əminə ilə Fidan üç bacı olublar.

Qusardakı hadisənin baş verməsinə gəlincə, ilkin ehtimallara görə, Şıxovlar ailəsinin evində qazla işləyən “ceyran peçi” olub. Ailə üzvləri yuxuda olarkən qaz sızması baş verib və məlum faciə ilə nəticələnib.

Fotoda dəm qazından ölən Rusif Şıxov və üç azyaşlı övladları

Qusarda və Sumqayıtda baş verən faciədə ölənlər QOHUM İMİŞ - ŞOK

Səhər Rusifin atası zəng etsə də, telefona cavab verən olmayıb. Ailənin iki məktəbli üzvü də səhər saatlarında məktəbə getməli imiş. Baba zəngə cavab vermədikləri üçün narahat olub və evə gəlib. Qapını döysə də, heç kim açmayıb. Qısa müddət sonra isə məlum faciənin baş verdiyi aydınlaşıb.

Dəm qazı nəticəsində həlak olan ailə üzvlərinin dəfn mərasimi bu gün Qusarda baş tutacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır