Yaponiya uçan taksilərdən istifadə edəcək

Yaponiyanın aparıcı aviaşirkəti All Nippon Airways (ANA) çərşənbə axşamı dünyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” ilə əlaqəli Amerika şirkəti “Joby Aviation” ilə birlikdə uçan taksinin inkişafına sərmayə qoymaq qərarına gəlib.

Bu barədə TASS informasiya agaentliyi məlumat yayıb.

Qeyd edilir ki, “Joby Aviation” helikopter və kiçik təyyarənin imkanlarını birləşdirən beş yerlik elektrik uçan taksi hazırlayır. Onun maksimal sürəti 320 km/saat, uçuş məsafəsi təqribən 240 kilometrdir. Yaponiyanın böyük şəhəri Osakanın əsas stansiyası ilə onun yaxınlığında yerləşən beynəlxalq hava limanı arasındakı məsafəni uçan taksi ilə 15 dəqiqəyə qət etmək olar. Avtomobil ilə bu, təxminən bir saata yaxın vaxt deməkdir.

ANA uçan taksilərin naviqasiya sistemləri, onların uçuş-enmə zolaqları üçün avadanlıq və s. məsələləri ilə məşğul olmaq niyyətindədir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir