Türkiyəli mafiya lideri Sedat Pekerin adını çəkdiyi məşhur biznesmen QƏTLƏ YETİRİLDİ

Tanınmış kiprli türk iş adamı Halil Falyalı silahlı hücum nəticəsində həyatını itirib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, evinin yaxınlığında Halil Falyalı və həyat yoldaşının maşınlarının da olduğu konvoya silahlı hücum edilib.

Ağır yaralı olaraq xəstəxanaya çatdırılan H.Falyalının həyatını xilas etmək mümkün olmayıb. Onun sürücüsü hadisə yerində dünyasını dəyişib.

Hücum zamanı Falyalı ailəsinin başqa avtomobildə olduğu və həmin avtomobilə atəş açılmadığı bildirilib.

Qeyd edək ki, Halil Falyalı ötən ilin oktyabrında “quldurluq” və “məcburi saxlama” işi üzrə mühakimə olunaraq həbs edilmişdi. Girne Rayon Məhkəməsində qaldırılan iş təqibsizlik səbəbi ilə geri götürülərək Falyalı dekabrda azadlığa buraxılmışdı.

Xatırladaq ki, Falyalı 2016-cı ildən çirkli pulların yuyulması və narkotik ticarəti ittihamı ilə ABŞ tərəfindən axtarışa verilib. H.Falyalı Türkiyəli mafiya lideri Sedat Pekerin videoları ilə gündəmə gəlmişdi. S.Peker onu narkotik ticarəti ilə məşğul olmaqda ittiham etmişdi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır