Kainatdakı ulduzların sayı açıqlandı: ŞOK RƏQƏM

Alimlər kainatda mövcud olan ulduzların ümumi sayını təyin ediblər.

Əldə edilmiş ümumi say bütün səmanı əks etdirən fotolardakı ümumi saya vurulub.

Hesablamalara əsasən kainatda 2 trilyon qalaktika mövcuddur. Lakin alimlər mövcud olan 2 trilyon qalaktikada hansı sayda ulduzun olduğunu bilmirlər. Həmin ulduzların çox hissəsi o qədər uzaq məsafədə yerləşir ki, onları müşahidə etmək qeyri-mümkündür. Lakin alimlər Süd Yolu qalaktikasında olan ulduzların ümumi sayını təqribi olaraq təyin edə bilərlər.

Süd Yolu qalaktikasındakı ulduzlar müxtəlif ölçülərə və rənglərə sahibdirlər. Məsələn bizim Günəş ağ rəngə, orta kütləyə və orta ölçüyə sahibdir və onun temperaturu 15 milyon dərəcə Selsi təşkil edir. Yüksək kütləyə və temperatura sahib olan ulduzların əksəriyyəti mavi rəngdə olur.

Buna misal olaraq Lira bürcündəki Veqa ulduzunu gətirmək olar. Kiçik kütləyə və temperatura sahib ulduzlar adətən qırmızı rəngdə olurlar. Buna misal olaraq Proksima Sentavr ulduzunu gətirmək olar.

Qırmızı, ağ və mavi ulduzlar müxtəlif sayda işıq şüalandırırlar. Şüalanan işığı, onun parlaqlığını və rəngini ölçməklə alimlər Süd Yolu qalaktikasında hansı sayda ulduzun mövcud olduğunu təyin edə bilərlər. Bu üsul ilə alimlər təyin ediblər ki, Süd Yolu qalaktikasında təqribi olaraq 100 milyard ulduz mövcuddur.

Süd Yolu qalaktikasını model rolunda istifadə edərək biz, orta statistik qalaktikada mövcud olan ulduzların ümumi sayını (100 milyard ulduz) kainatdakı qalaktikaların ümumi sayına vura bilərik. Beləliklə məlum olur ki, kainatda 200 sekstilyon (200 000 000 000 000 000 000 000) ulduz mövcuddur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır