Yeni doğulan körpələrin orqanizmində MİKROPLASTİKLƏR AŞKARLANDI

Aparılmış yeni tədqiqat çərçivəsində insan ciftində və hətta yeni doğulmuş körpələrin orqanizmlərində mikroplastiklər (plastik materialların kiçik hissəcikləri) aşkar edilib.

Məlum olub ki, uşaqların mikroplastikləri udmalarının qarşısını almaq demək olar mümkün deyil. Bu prosesin hələ onların ana bətnində olduqları vaxtda baş verdiyini nəzərə alsaq, mövcud problemin ciddiliyini anlamaq elə də çətin olmaz. Alimlərin fikirlərinə əsasən mikroplastiklər böyüklərdən daha çox uşaqlar üçün ciddi təhlükə mənbəyi daşıyırlar.

“Ola bilsin ki, uşaqlar böyüklərdən fərqli olaraq mikroplastiklərin təsirlərinə daha çox məruz qalırlar. Heç kim uşaqların hansı miqdarda mikroplastikləri udduqlarını deyə bilməz. Lakin aparılmış bir neçə tədqiqat nəticəsində məlum olub ki, uşaqlar mikroplastikləri hələ ana bətnində olduqları zaman udmağa başlayırlar. Bu isə çox narahatedici məsələdir” – deyə, mütəxəssislər qeyd ediblər. Aparılmış tədqiqatın nəticəsi dünyada yayılan mikroplastiklərin miqyasını və onların daşıdıqları potensial təhlükəni təsdiqləyir. Mikroplastiklərin uşaqların sağlamlıqlarına necə təsir göstərdikləri barəsində hələ yetəri qədər araşdırma aparılmayıb.

“Balaca uşaqlarda immun sistemi inkişaf mərhələsində olur. Bundan əlavə olaraq, balaca uşaqlar beynin inkişafı üzrə vacib mərhələdə olurlar. Məhz bu faktorlar uşaqları bir çox şeyə qarşı həssas edirlər” – deyə, mütəxəssislər əlavə ediblər.

Mütəxəssislər ümid edirlər ki, onların aparmış olduqları tədqiqatların nəticələri həkimlərə, alimlərə və valideynlərə müasir uşaqların mikroplastiklərdən necə qorunmaları üsullarını tapmaqda yardımçı olacaq. Lakin mütəxəssislər xəbərdarlıq ediblər ki, bu riskdən tamamilə yayınmaq mümkün deyil.

Ev tozunda və qida məhsullarında mövcud olan mikroplastiklər də daxil olmaqla bir çox faktor bu cür qorunmanı mümkünsüz edir. Buna baxmayaraq bəzi tədbirlərin görülməsində fayda var. Mütəxəssislər valideynlərə plastik materiallarla qarşılıqlı əlaqədə olan qida məhsullarını öz övladları üçün məhdudlaşdırmağı və evlərdə daimi şəkildə nəm təmizləmə aparmağı məsləhət görürlər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir