Afət Fərmanqızının həyat yoldaşı saxlanıldı

Müğənni Afət Fərmanqızının bir müddət əvvəl ailə qurduğu Mamed Nanacanov adlı şəxs polis tərəfindən saxlanılıb.

İfaçı bu haqda özü məlumat yayıb. O bildirib ki, buna səbəb onun bir şəxsi təhqir etməsi olub:

“Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Mamacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır? Vaqif İsayevin məndə səsyazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim”.

Afət əlavə edib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır