Türkiyənin müdafiə sənayesinin məhsulları arasında ən çox pilotsuz uçuş aparatlarına (PUA) maraq var.
Bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.
O qeyd edib ki, dövlətlər Türkiyənin zirehli döyüş maşınları və raketlərinə maraq göstərirlər.
“Afrika ölkələrindən çox böyük maraq var, Uzaq Şərq və Mərkəzi Asiyadan bəzi ölkələrlə danışıqlar gedir. Məhsullarımızın keyfiyyətli olması nəticəsində bir çox ölkədən istəklər gəlir. Bizim Ukrayna və Rusiya ilə də münasibətlərimiz mövcuddur və yaranan böhranın bu münasibətlərə təsir etməməsi üçün işimizi davam etdiririk”, – deyə Türkiyə rəsmisi bildirib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP






