AzTV-də Rəsulzadə haqda filmə qadağa qoyuldu

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi ilə bağlı “Caspian Media Holding” tərəfindən hazırlanan və AzTV-də nümayiş etdirilməsi nəzərdə tutulan sənədli film dövlət televiziyasında yayınlanmayacaq.

Rəsulzadə haqqında çəkilən sənədli filmin AzTV-də yayımlanmayacağını “Caspian Media Holding”in yaradıcısı, layihənin müəllifi Hüseyn Cavadzadə deyib.

Qeyd edək ki, “Yüz ilin sirləri” sənədli filminin Rəsulzadəyə həsr olunan bölümünü Hüseyn Cavadzadə yanvarın 27-də özünün sosial şəbəkə hesabında müjdə kimi açıqlamışdı:

“Rəsulzadə sevənlər və ya Xalq! Çoxdan intizarla gözlənilən, arzulanan “Yüz İlin Sirləri”nin Azərbaycanın qurucusu M.Ə.Rəsulzadəyə həsr olunan buraxılışı 31 yanvar, Rəsulzadənin doğum günü tarixində, bizim isə verilişimizin 1 illiyi münasibəti ilə bağlı tədbirimizdə yayımlanacaq.

Eləcə də eyni vaxtda “Youtube” kanalımda izləyicilərin ixtiyarında olacaq. Əminəm ki, bu buraxılışımız özü bir tarixdir. Silinməyən tarix, Rəsulzadə kimi.

Fotoda qarşımdakı kağızlar Rəsulzadənin türkiyəli tarixçilər tərəfindən bizdən qorunan və bizə verilməyən arxiv sənədləridir”.

Lakin bu paylaşımdan cəmi bir gün sonra məlum oldu ki, “Yüz İlin Sirləri”nin Rəsulzadəyə həsr olunan bölümü AzTV-də yayımlanmayacaq. Bu üzücü xəbəri də prodüser sosial şəbəkə vasitəsilə diqqətə çatdırıb.Hüseyn Cavadzadə  açıqlamasında diolomatik davranaraq, haqqında danışılan filmi yayımlamaq səlahiyyətinin AzTV-yə məxsus olduğunu vurğulayıb:

“Biz bir ildən artıq müddətdə çəkilişlərini müxtəlif ölkələrdə apardığımız “Yüz İlin Sirləri” filminin Rəsulzadəyə həsr edilmiş bölümünü AzTV-yə təhvil vermişik. Bundan sonra filmin yayımlanıb-yayımlanmayacağı kanalın siyasətidir, buna müdaxilə edə bilmərik”.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva isə sözügedən filmin yayımlanmamasının səbəbi haqqında məlumatının olmadığını deyib:

“Bu məsələ bizim şöbəyə aid olmadığı üçün heç nə deyə bilmərəm. Bizdə televiziyanın proqram direktorluğu var, efirə gedəcək-getməyəcək mövzuları onlar müəyyənləşdirirlər. Ümumiyyətlə, bizə qıraqdan çox təkliflər gəlir, ancaq onların hamısı efirə verilə bilməz axı…”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir