Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək

Bu yenilik ötən gün təsdiqlənən “2020-2022-ci illərdə azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramında öz əksini tapıb. Proqramda birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.

Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək. Bu, ötən gün ölkə başçısı tərəfindən təsdiqlənən “2020-2022-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın tətbiqi sayəsində mümkün olacaq.

Proqramın məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitini xeyli genişləndirmək, nağd dövriyyənin həcmini minimuma endirmək və nəticədə bank sektorunun maliyyə resursları bazasını gücləndirməkdir.Əsas məqsədlərdən biri nağdsız ödənişləri təşviq etmək olduğu üçün bank və vergi sistemində islahatlar aparılacaq.

Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da iqtisadi artıma təkan verəcək. Proqramın tətbiqi istehlakçılar üçün də xeyli səmərə verəcək.
İstehlakçıların rahatlığını və səmərəli ödəniş sistemini təmin etmək üçün birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.
Proqramda turizmin inkişafı məqsədi ilə əcnəbi turistlər üçün yeni kartların istifadəyə verilməsi də öz əksini tapıb. Bu kartlar vasitəsilə əcnəbilər üçün vergisiz alış-veriş və digər güzəştlər nəzərdə tutulub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır