20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev çıxış edərək 20 Yanvar hadisələrindən danışıb. O, faciənin tariximizin qanlı, eyni zamanda, qəhrəmanlıq səhifəsi olduğunu bildirib.

S.Mirzəyev bu tarixi günün yad edilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Fakültənin professoru Cahangir Məmmədli Qanlı Yanvar gecəsinin canlı şahidi kimi baş verən prosesləri əbədi olaraq yaddaşına həkk etdiyini, faciənin necə ağrılı-acılı bir hiss olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 20 Yanvar faciəsini xalqımız heç vaxt unutmayacaq.

Fakültənin tədris işləri üzrə dekan müavini Esmira Rövşənova, əməkdaşlardan Diləfruz Şahbazova, Zibeydə Mirzəyeva 20 Yanvar hadisələrinin dəhşətlərindən bəhs ediblər.

Jurnalistika fakültəsinin birinci kurs tələbələri Anar Hüseynov, Fidan Bəbirova və Sərvinaz Hacalıyevanın mövzu ilə bağlı çıxışları dinlənilib.

Sonda çıxış edən fakültənin dekanı Vüqar Əliyev 20 Yanvarda Azərbaycan xalqının istiqlal əzmini ortaya qoyduğunu vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır