“Azərbaycanın coğrafiyaçı alimləri” kitabı işıq üzü görüb

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Azərbaycanın coğrafiyaçı alimləri” kitabının ikinci nəşri çapdan çıxıb.

AMEA-dan  bildirilib ki, kitabın baş redaktoru institutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov, redaktorları coğrafiya üzrə fəlsəfə doktorları Zaur İmrani, Mirnuh İsmayılov və mərhum Nizami Əyyubovdur. Nəşr coğrafiya üzrə fəlsəfə doktorları Abil Haqverdiyev və mərhum Məhərrəm Həsənov tərəfindən tərtib edilib.

Vəsaitdə respublikamızda coğrafiya elminin inkişafında, onun təbii şəraitinin və ehtiyatlarının öyrənilməsində xidmətləri olmuş bütün coğrafiyaçı alimlər haqqında ensiklopedik məlumat toplanıb. Kitabda hər bir alimin elmə verdiyi töhfələr qısa şəkildə təhlil edilir, nəşr etdirdiyi mühüm məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti ayrıca qeyd olunur.

Elmi və tarixi əhəmiyyət daşıyan toplu son 100 ildən artıq bir dövrdə yaşamış coğrafiyaçıların fəaliyyətinə işıq salan mənbə rolunu oynayır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir