Qəsr əl-Fərid : Səhrada qayalıq üstündə tənha qəsr

Səudiyyə Ərəbistanının şimalında sonsuzluğa doğru uzanan qızılı rəngli  səhralıq. Hara baxırsansa,  gözün yalnız qum görür. Və…. Qəfil əzəmətli bir qaya peyda olur. . Qayanın üstündə dayanan qala divarları insanı ani olaraq, qədim dövrlərə aparır.  Fasadı hamar xəttli, kənarları düzbucaqlıdır. Bu xətlər və düzbucaqlar, kobud və kələ-kötür daşlarla birləşərək, kəskin şəkildə təzad yaradır. Bu da ona diqqət edən hər kəsi təəccübləndirməyə bilmir..  Baxanları ilk olaraq, eyni bir sual düşündürür:  Görəsən bunu kim inşa edib? Nə üçün? Bu insan əməyi ola bilməz! Bəlkə də İlahi bir qüvvə bunu səhralığda hansısa bir missiya üçün yaradıb?!  Görəsən, səhralığa üz tutmuş qədim sivilizasiyanın bu  qalığı hansı dövrə aiddir?

Bu abidə Əl-Fərid qəsri adı ilə məşhurdur. Bizim eranın 1-ci əsrində islama qədərki Nəbati səltənəti dövründə inşa edilib.

Mədain-Saleh (bura həm də Əl-Hicr və ya Heqra da adlanır) arxeoloji kompleksinin ərazisindədir. Burada yüzə yaxın  buna bənzər abidələr mövcuddur.  (P.S. Fikrimizcə, Xaqani Şirvaninin məşhur “Mədain xərabələri” qəsidəsi bura ilə bağlıdır.)

Əgər qəsr sizə qayalıqdakı Petra şəhərini ( müasir İordaniya) xatırladırsa, deməli yanılmırsınız. Petra şəhəri Nəbati şahlığının  paytaxtı olub.  Mədain-Saleh isə, Nəbatinin ikinci böyük şəhəri olub. Bura həm də ticarət şəhəri kimi məşhur olub.

Əslində isə, Əl-Fərid  nə qala, nə də qəsrdir. Türbədir. Türbənin tikinti işləri o zamandan natamam qalıb. Bu da, nəbatilərin öz şəhərləri üçün ucaltdıqları möhtəşəm daş abidələrin xarakter xüsusiyyətlərini bilməyimizə imkan yaradır.

Adətən, nəbatilər xammal kimi, qum daşlarından istifadə edərdilər. Konctruksiya üçün lazım olan daşları aşağıdan yuxarıya doğru yonaraq, istədikləri nəticəyə nail olurdular.  Onların memarlığında Qədim Misir, Qədim Yunanıstan və Assuriya memarlığının izlərinə rast gəlmək mümkündür.

Türbənin sahəsinin böyüklüyü, orada dəfn olunan şəxsin sosial statusundan xəbər verir.  Əl-Fərid türbəsi, keçmiş Nəbati şahlığının ərazisində olan 131 türbədən ən böyüyüdür.

1900 yaşı olmasına baxmayaraq, Əl-Fərid türbəsi indiyədək əla vəziyyətdə qalıb. Bunu türbənin yerləşdiyi ərazinin quru iqlimi ilə əlaqələndirirlər.  “Kasr al-Farid” dilimizə  “Tənha qəsr”  kimi tərcümə olunsa da,  türbə qətiyyən tənha deyil.  Hər gün Əl-Fərid türbəsi xarici ölkələrdən turist  axını ilə dolur. Özü də daxil olmaqla, dünyanın bu kimi abidələri, UNESCO-nun Dünya İrsi siyahısında yer alıb. (Səudiyyə Ərəbistanının iki abidəsi, o cümlədən əl-Fərid türbəsi,i bu siyahıda ön yerdədir.) Əl-Fərid türbəsindən sonra, Səudiyyə Ərəbistanının ilk paytaxtı olmuş Əd-Dirriya həmin siyahıda ikinci yerdədir.

mediazona.az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır