Dövlət Səs Yazıları Arxivi tərəfindən “Nizami Gəncəvi – 880” adlı sənədli vidoxülasə hazırlanıb

Ötən il dövlət arxivlərində mühafizə edilən görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin öyrənilməsini, təbliğini əks etdirən arxiv sənədlərinin seçilməsi və ictimaiyyətə çatdırılması istiqamətində işlərin görülməsi müvafiq olaraq Milli Arxiv İdarəsinin iş planına daxil edilib.

Milli Arxiv İdarəsindən  bildirilib ki, bu istiqamətdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış “Nizami Gəncəvi – 880” adlı sənədli videoxülasədə dahi Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvi irsinin yaşadılması və təbliği məqsədilə həyata keçirilmiş elmi, mədəni-kütləvi tədbirlərə, görkəmli elm və mədəniyyət xadimlərinin Nizami yaradıcılığı barəsində söylədikləri fikirlərə yer verilib.

Geniş ictimaiyyətə təqdim edilən sənədli videoxülasə Dövlət Səs Yazıları Arxivində mühafizə edilən fono və videosənədlər əsasında hazırlanıb. Sözügedən xülasədə sənədlərin bəziləri ilk dəfə elmi ictimaiyyətə təqdim edilir. Sənədlər əsasən, dahi Nizami Gəncəvinin 800, 840 illik yubileylərinin keçirilməsi, Nizami Gəncəvinin heykəlinin Bakıda ucaldılması və digər mövzular haqqındadır.

Xronoloji ardıcıllıqla verilən sənədlər haqqında məlumat başlıqlarla açıqlanıb. Sözügedən videoxülasə Milli Arxiv İdarəsinin rəsmi yutub səhifəsinə yerləşdirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır