Ronaldo özünü “Barselona”ya təklif etdi

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo İspaniyaya qayıda bilər.

“Real”ın sabiq forvardı əzəli rəqib “Barselona”da çıxış etmək fikrindədir.

Portuqaliya millisinin kapitanı kataloniyalıların aparıcı futbolçusu Jerar Pike ilə əlaqə saxlayaraq, niyyətini ona bildirib. O, vaxtilə “Mançester Yunayted”də komanda yoldaşı olan Pike vasitəsilə baş məşqçi Xavi Ernandeslə də danışıb. Bunu futbolçunun meneceri Xorxe Mendes İspaniya klubunun prezidenti Joan Laporta ilə də müzakirə edib, keçidin mümkünlüyü barədə danışıq aparıb.

 

Laporta hücumdakı boşluğu CR7 ilə doldurmağın əleyhinə deyil. Maraqlıdır ki, Ronaldonun Barselonada qalacağı evi də Pike axtarır. O, keçmiş komanda yoldaşı Lionel Messi ilə əlaqə saxlayıb, villasını Ronaldoya kirayə vermək istəyib-istəməyəcəyini soruşub. Argentinalı da buna müsbət yanaşıb.

Qeyd edək ki, “Mançester Yunayted”ə yayda “Yuventus”dan keçən Kriştiano Ronaldo cari mövsüm 19 oyunda 13 qol vurub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır