Fransa senatoru azərbaycanlı deputatın müsahibəsinə rəy YAZDI

Milli Məclisin deputatı Cavanşir Feyziyev Fransada prezidentliyə namizəd Valeri Pekresin Qarabağa gizli səfəri ilə bağlı Baku TV-yə müsahibə verib.

Millət vəkilinin “Facebook” səhifəsində də paylaşılmış həmin müsahibəsinə çoxsaylı şərhlər yazılıb.

Millət vəkilinin müsahibəsinə şərh yazan Fransa senatoru Natali Qule həmvətənlərinin hərəkətlərindən utandığını qeyd edib:

“Fransa siyasətçisinin regionda sülh, sabitlik və barış üçün çalışmaq əvəzinə Ermənistanda özünə seçici səsləri axtarmasından utanıram və yorulmuşam. Ümid edirəm ki, lobbinin təsiri ilə öz təbliğatlarını erməni dilində başlayan bütün namizədlər Fransanın Minsk Qrupundakı həmsədrlik yerini də güzəştə getməyə hazırdırlar. Onlar qətiyyən sülhə xidmət etmir, öz şəxsi maraqları naminə bölgənin maraqları əleyhinə hərəkət edirlər. Yeri gəlmişkən, son 20 ilin işğal faktı ilə bağlı onlardan heç vaxt bir kəlmə də eşitmədik. Mövcud vəziyyətin Xristian-Müsəlman sivilizasiya mübarizəsinə əsaslanan yanlış anlaşılması elə budur. Belələri tərəfindən Fransa haqqında yaradılan ədalətsiz imicə görə çox təəssüflənirəm.

Başlıcası isə seçkiqabağı canfəşanlıq yox, real vəziyyətdir. Qarabağ Azərbaycandır!”

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır