“ABU Petrol” yanğın-partlayış təhlükəsinə zəmin yaradır

Ötən gün adının çəkilməsini istəməyən şəhər sakinı redaksiyamıza həyəcanlı halda zəng edərək bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 65 ünvanında yerləşən Yanacaq Doldurma Məntəqəsində (YDM) təhlükəsizlik tələblərinə əməl olunmadan, alkopon inşaat maneriallarından istifadə olunmaqla əsaslı təmir işləri həyata keçirilir.

Məlumatla bağlı apardığımlz müşahidələr  xəbərin əsassız olmadığını göstərdi. Yanacaq doldurma məntəqəsinin yaxınlığında çoxlu sayda yaşayış və qeyri-yaşayış binaları yerləşir. Bu hal  isə,yanğın-partlayış təhlükəsinə zəmin yaradır.Həmin ərazinin yaxınlığından keçən magistral avtomobil yolu daim avtomobillərin sıx hərəkət etdiyi yoldur və hər hansı bir yanğın hadisəsi baş verərsə, onu lokallaşdırmaq üçün ciddi maneələr törədə bilər.

Xatırladaq ki, 2015-ci il mayın 19-da Bakıda 16 mərtəbəli binada baş verən yanğın faktı da elə bu cür keyfiyyətsiz üzlüklərlə aparılmış fasadlanma işlərinin nəticəsi idi. O zaman yanğın 10-la insanın həyatına son qoymuş, xeyli insan ağır yanıq xəsarətləri almışdı.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir