Məktəblərdə istilik sistemi hansı VƏZİYYƏTDƏDİR?-AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, ümumi təhsil müəssisələrinin istilik təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir:

“BŞTİ tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə öncədən ilkin monitorinqlər aparılır, müəssisələrə sorğular yönləndirilir. Cari il ərzində istilik sistemlərində təmir işləri aparılmış müəssisələrdə sistemin işlək olması yoxlanılır. Monitorinq zamanı qazanxanalar, istilik xətləri, radiatorlar yoxlamadan keçirilir və aşkarlanmış nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülür.

Tüstü çıxan boruların təmizlənməsinə, sıradan çıxmış radiatorların, dövriyyə nasoslarının dəyişdirilməsinə, istilik xətlərinin yenilənməsinə və bəzi məktəblərin qazanxanalarında qazın təzyiqinin artırılmasına olan ehtiyaclar ümumiləşdirilərək Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinə müvafiq qaydada müraciət olunur və təxirəsalınmaz tədbirlər görülür.

Monitorinqlər zamanı təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlərlə yanaşı, sistemdə qarşıya çıxan cari problemlərin aradan qaldırılması da diqqət mərkəzində saxlanılır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır