Moskvada “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsi təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda baş tutan muğam axşamı belə adlanırdı.

Muğam gecəsinin dinləyiciləri sırasında Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri var idi.

Moskva Konservatoriyasının səhnəsindən Azərbaycanın Əməkdar artistləri Qoçaq Əsgərov (xanəndə), Babək Niftəliyev (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), xanəndələr Səbinə Ərəbli, Almaxanım Əhmədli, Rafael Əsgərovun (balaban) ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” və muğam xəzinəmizdən digər inciləri səslənib. Azərbaycan xalqının Qarabağ zəfərindən sonra Moskvada ilk dəfə ucalan “Şuşanın dağları başı dumanlı…” mahnısı dinləyicilərə xüsusi zövq verib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ifaçıları maraqlı konsert proqramı münasibətilə təbrik edərək deyib: “Mən bu gün çox xoşbəxtəm ki, Moskva Dövlət Konservatoriyasının səhnəsində “Qarabağ şikəstəsi” səslənir”.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova çıxışında qeyd edib ki, Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. “Bu axşam Moskvada Azərbaycan muğam məktəbinin korifeyləri –Bülbül, Xan Şuşinski, Seyid Şuşinski və digərlərinin layiqli davamçıları olan tanınmış xanəndələrimiz Qarabağ torpağından pərvazlanan ən füsunkar muğam nümunələrini rusiyalı dinləyicilərə təqdim edirlər”, – deyə N.Axundova bildirib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır