Yunanıstan mediasında Şuşa şəhərinin Vətən övladlarının qanı bahasına azad edildiyi nəzərə çatdırılıb

“Qala” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid  Məmmədovun təşəbbüsü ilə bu ölkənin https://www.karfitsa.gr xəbər saytında Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş məqalə yayımlanıb.

Jurnalist Fuad Hüseynzadənin qələmə aldığı məqalədə bildirilib ki, 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan xalqı öz adını dünya tarixinə yazıb. Qeyd edilib ki, işğaldan azad edilən şəhərlərdən biri olan Şuşa hər bir azərbaycanlı üçün qürur mənbəyidir. “Vətən övladlarının qanı bahasına azad edilən Şuşa şəhəri müqəddəsdir. Sanki qəhrəman şəhidlərin ruhu bu şəhəri müqəddəsləşdirib. Bu səbəbdəndir ki, Şuşanı ziyarət etmək müqəddəs bir yeri ziyarət etmək kimdir”, – deyə müəllif vurğulayıb.

Məqalədə Azərbaycanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin vətəni olan Şuşada həyatın yenidən canlandığı, Heydər Əliyev Fondunun burada tez-tez mədəni tədbirlər keçirdiyi, bu qədim şəhərə tez-tez səfərlərin təşkil edildiyi nəzərə çatdırılıb. “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşanın tarixi simasının bərpası istiqamətində işlər aparılır. Bundan sonra Şuşa müasir Azərbaycan turizminin dünyaya açılan qapısı olacaq”, – deyə əlavə edilib.

Məqaləni ətraflı şəkildə aşaıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/qala-sousa-azerbaitzan/ 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir