Cavanşir Feyziyev şəhid ailələri ilə görüşdü – FOTO

Yay tətilini deputat seçildiyi dairədə keçirən Cavanşir Feyziyev 115 saylı seçki dairəsinin bir sıra kəndlərində vətəndaşlarla görüşlər keçirib.

Hazırda isə deputat şəhid ailələri ilə görüşlərə başlayıb. Keçən günlər ərzində deputat Şəkinin Kiş, Orta Zəyzid kəndlərində və Turan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib. Millət vəkili Kiş kəndində şəhid Elnur Fərhad oğlu Nurullayevin, Orta Zəyzid kəndində şəhid Pənah İslam oğlu Məmmədovun, Turan qəsəbəsində şəhidlər Ülvi Bayram oğlu Abışovun, Elməddin Mikayıl oğlu Məmmədovun və  Mübariz Tofiq oğlu Məmmədovun ailələrində olub, şəhid ailələrinin problemləri ilə maraqlanıb. Deputat Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsinin nəticəsi kimi torpaqlarımızın işğaldan azad olunmasını xalqımızın tarixi qələbəsi adlandırıb və bu qələbənin qazanılmasında onların övladlarının rolunu əsl qəhrəmanlıq kimi qiymətləndirib. Şəhid ailələrinə dövlət qayğısından danışan deputat bildirib ki, şəhid ailələri tərəfindən qaldırılan istənilən problemə həm dövlət qurumları tərəfindən, həm də vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşılır.

Şəhid ailələrinin hər birində valideynlər öz övladlarının Vətən uğrunda şəhid olduqlarından qürur duyduqlarını bildiriblər. Deputat Cavanşir Feyziyev şəhid ailələrinə qarşılaşa biləcəkləri istənilən problemlərlə, o cümlədən məişət, məşğulluq, təhsil və səhiyyə xidmətləri ilə bağlı ona dərhal məlumat verilməsini xahiş edib və  bu işlərdə hər zaman onlara yardım etməyə hazır olduğunu bildirib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır