Azərbaycanda “e-KOB evi” portalı yaradılır – FƏRMAN

Prezident İlham Əliyev “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılır ki, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq “e-KOB evi” portalının (bundan sonra – portal) Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə tapşırılır ki, portalın formalaşdırılması və aparılması ilə bağlı zəruri tədbirlər görsün; dövlət orqanları (qurumları) tərəfindən kiçik və orta biznes evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə EHİS-ə inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etsin; Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün; Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə portalın “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görsün.

Dövlət orqanları (qurumları) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 1.2-ci bəndinə uyğun olaraq məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini və həmin Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan xidmətlərin bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq göstərilməsini təmin etmək məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası üçün zəruri tədbirlər görəcəklər.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP
  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir