Quba şəhərində “Media şəhidləri” parkı açılıb

22 iyul – Milli Mətbuat Günündə Quba şəhərində “Media şəhidləri” parkının açılışı olub.

Quba şəhərinin Yusif Qasımov küçəsində yerləşən parkda Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilib.

Yeni salınan park 2 min kvadratmetrə yaxın ərazini əhatə edir. Parkın mərkəzində media əməkdaşlarının döyüş şəraitində işini simvolizə edən abidə ucaldılıb. Abidənin arxasındakı panoda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin kütləvi informasiya vasitələri haqqında söylədiyi fikirlər qeyd olunub. Burada yaşıllıq zolaqları salınıb, söhbətgahlar tikilib və müasir işıqlandırma sistemi qurulub.

Parkın açılış mərasimdə rayon icra hakimiyyətinin rəhbər şəxsləri, regiondakı mətbuat və media qurumlarının əməkdaşları iştirak ediblər.

Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev çıxış edərək bildirib ki, 146 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən hər ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib. Prezident İlham Əliyevin qayğısı sayəsində milli mətbuatımız sürətlə inkişaf edir. Dövrün nəbzini tutmağı bacaran, əsil həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran jurnalist kadrlar yetişib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın media əməkdaşları şanlı qələbəmizlə başa çatan Vətən müharibəsində döyüş bölgəsində şərəflə öz vəzifələrini yerinə yetiriblər. Bu parkda erməni terrorunun qurbanı olan bütün media nümayəndələrinin, o cümlədən iyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.

Görüşdə regionda fəaliyyət göstərən jurnalistlər çıxış edərək ölkəmizdə media nümayəndələri üçün yaradılan şəraitdən söz açıblar.

Bildirilib ki, Azərbaycanın rayonları arasında ilk dəfə qəzet Qubada nəşr olunub. 1921-ci ilin aprelin 21-də “Əxbar” adı ilə işıq üzü görən bu mətbu orqan, sonrakı vaxtlarda “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba” və “Quba” adlandırılıb. 1995-ci ildən isə qəzet “Şəfəq” adı ilə nəşr olunur.

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işləyib. Onun adını daşıyan, 5 min nəfərdən çox əhalinin yaşadığı qəsəbə Qubanın ən böyük yaşayış məntəqələrindəndir. Bu qəsəbədə Həsən bəy Zərdabinin adını daşıyan istirahət parkı yaradılıb, görkəmli ədibin abidəsi ucaldılıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır