“Azİz”in nümayəndə heyəti Tbilisidə səfərdə olub

İsraildə fəaliyyət göstərən “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbərliyi Tbilisi şəhərinə səfər edib.

Tədbirlər zamanı “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərbaycanın Gürcüstandakı səfirliyinin, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin əməkdaşları ilə birlikdə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin, Azərbaycan Demokratik Respublikasının qurucuları Həsən bəy Ağayev və Fətəli xan Xoyskinin abidələrini ziyarət ediblər. L.Spivak bildirib ki, bu, çox rəmzi məna daşıyır, çünki 28 may 1918-ci il tarixində ADR-in yaradılması məhz Tbilisi şəhərindən elan edilib. “Bu gün həyatımın ən yaxşı günlərindən biridir”, – deyə o, əlavə edib.

“Azİz” rəhbərliyi M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib, Marneuli rayonunda Azərbaycan və Gürcüstanın Respublika günlərinə həsr edilmiş kikboksinq turnirində iştirak edib. Tədbirə yerli bələdiyyənin sədri, şəhər şurasının üzvləri və Gürcüstan parlamentinin üzvləri qatılıblar. Qaliblərin mükafatlandırma mərasimindən sonra Azərbaycan və Gürcüstan sənətçilərinin iştirakı ilə konsert keçirilib.

“Azİz” rəhbərliyi Azərbaycanın Gürcüstandakı səfirliyinin Respublika günü münasibətilə təşkil etdiyi tədbirləri yüksək qiymətləndirib və səfərin təşkilinə görə minnətdarlığını bildirib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır