Əcnəbi tələbələr Cəbrayıl və Füzulidə OLDULAR

Səfər iştirakçıları əvvəlcə Xudafərin körpüsündə olublar. Onları tarixi abidə barədə məlumatlandıran Baş İdarə rəisi Azərbaycan ərazilərinin 30 ilə yaxın erməni işğalı altında qaldıqdan sonra əks-hücumla 44 günə azad olunduğunu bildirib. O, Xudafərin körpüsünə Prezident İlham Əliyevdən sonra xarici tələbələrin ilk səfər edənlərdən olduğunu vurğulayıb.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov əcnəbi tələbələrin səfərə böyük maraq və təşəbbüs göstərdiklərini söyləyib. Onun sözlərinə görə, obyektiv səbəblərdən bütün xariciləri azad edilmiş ərazilərə gətirmək mümkün olmayıb.

Tələbələrin iştirakı ilə Azərbaycanın böyük bayrağı açılıb, “Qarabağ Azərbaycandır” şüarı səsləndirilib.

Səfərdə iştirak edən Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov və idmançı Abdulbağı Abdullayev isə Azərbaycan bayrağı altında qılıncoynatma səhnəsi nümayiş etdiriblər.

Flaşmobu Araz çayının əks tərəfindən cənubi azərbaycanlılar da maraqla izləyiblər. Yolla hərəkət edən avtomobillər siqnallarla dəstək olublar.

Daha sonra səfər iştirakçıları Cəbrayıl şəhərinə doğru hərəkət ediblər. Onlar şəhərdəki “Dostluq” bulağı ilə tanış olublar. N saylı hərbi hissənin zabiti Ordumuzun döyüş yolu, Cəbrayıl əməliyyatı barədə məlumat verib. Ermənilərin şəhərdə bir salamat ev belə qoymadıqları əcnəbi tələbələrin diqqətinə çatdırılıb.

Burada Baş İdarə əməkdaşları Azərbaycan bayrağı ucaldıblar.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır