SAHİB ALIYEV: İki liderin görüşü Fransa və Ermənistanda keçiriləcək seçkilərə hesablanıb

“Paşinyanla Makron görüşdü. Birincisi onu deyim ki, öz ölkələrinin tarixində daha çox rüsvayçı hərəkətləriylə xatırlanacaq hər iki belə demək mümkünsə, liderin bu görüşləri Fransa və Ermənistanda keçiriləcək seçkilərə hesablanıb. Açığı elə məhz həmən seçkilərin gedişinə əhəmiyyətli də olmasa, təsirdən başqa Paşinyan-Makron danışıqları heç bir tərəfə müsbət heç nə vəd etmir”.
Bu sözləri millət vəkili Sahib Alıyev söyləyib. Onun fikrincə: “Makron növbəti açıq haypərəst açıqlamasıyla ölkəsinin Minsk qrupuna həmsədrlik etmək haqqının qətiyyən çatmamasıyla bağlı mövcud rəyi daha da möhkəmlətdi. İslanmışın yağışdan nə qorxusu məntiqindən çıxış etsək, elə düşünmək olar ki, burada Fransa nə itirəcək. Amma itirəcək və bu, ən azından Azərbaycanla gələcək əməkdaşlıqda özünü göstərəcək.
Fransanın Ermənistandan faydalanmaqla regionda müstəqil oyunçu kimi çıxış etməsi də mümkünsüzdür. İlk növbədə o səbəbdən ki, forpost yiyəsiz deyil, ikincisi, rəsmi Parisin Qafqazda möhkəmlənməsi üçün nə yetərincə sərt, nə də yumşaq güc potensialı var. Hətta olsa idi belə, Yaxın Şərqdə, Aralıq dənizi regionda baş verənlər göstərdi ki, o potensialdan qətiyyətlə və rasional şəkildə faydalana biləcək rəhbər, elə həm də elita yoxdur. Və əgər Fransa burada Ermənistanı dəstək məsələsində sözdən hərəkətə keçmək istəsə, onda burnundan vuruluacaq, həm də Aralıq dənzi regionunda olduğundan daha pis vurulacaq.
Düşünürəm ki, Paşinyan da bunun yaxşı fərqindədir və açığı onun Makronla görüşündə daha çox bizim əleyhimizə fikirlər səslənsə də, əslində Azərbaycan-Ermənistan sərhəddində baş verənlərələ bağlı qaldırılan səs-küy kimi bu səfər də ilk növbədə Rusiyaya qarşı demarş xarakteri daşıyır”.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP
  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır