Əli Məsimli: “Transplantasiya ilə bağlı məsələlər tibbi sığortadan kənarda qalıb”

Milli Məclisin deputatı Əli Məsimli parlametin bu gün keçirilən iclasında devalvasiyadan söz açıb.

Deputat manatın məzənnəsinə təsir edən iki amilin müsbət istiqamətdə olduğunu bildirib: “Bunlar neftin qiyməti və makroiqtisadi göstəricilərdir. Onların hər ikisi devalvasiyaya əsas olmadığını göstərir. Büdcədə nəzərdə tutulan neftin qiyməti ilə bu gün neftin real qiyməti manatın məzənnəsinə çox müsbət təsir edir. Neftin hazırkı qiyməti büdcədə nəzərdə tutulandan 33 faizədək yüksəkdir. Amma kommersiya bankları bu gün dolların satışına məhdudiyyət qoyub. Bunu çirkli pulların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər. Çirkli pulların yuyulmasının qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər tədbirlər var. Mərkəzi Bankdan kommersiya banklarının bu addımı ilə bağlı daha tutarlı açıqlama verilsə, yaxşı olardı”.

Deputat qeyd edib ki, icbari tibbi sığorta ilə bağlı geniş planlı işlər gedir: “Hər işin əvvəli çətindir. Bu istiqamətdə görülən işləri müsbət qiymətləndiririk. Amma transplantasiya ilə bağlı məsələlər tibbi sığortadan kənarda qalır. Bununla bağlı Nazirlər Kabineti yeni qərar versə, yaxşı olardı. Xüsusilə qaraciyər və böyrək transplantasiyası ilə bağlı məsələ icbari tibbi sığorta paketinə daxil olsa, yaxşı olardı”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır