Meksikada metro körpüsü çöküb-VİDEO

Mexikoda metro körpüsünün çökməsi nəticəsində azı 20 nəfər həlak olub.

“Reuters” agentliyi  xəbər verir ki, şəhərin meri Klaudia Şeynbaum məlumatı təsdiqləyib. Mülki Müdafiə Nazirliyinin məlumatına görə, xəsarət alan 49 nəfər xəstəxanalara yerləşdirilib. İlkin məlumata görə, ümumilikdə 70 nəfər zərər çəkib. Xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.

Qəzanın baş verdiyi əraziyə bütün giriş-çıxış yolları bağlanıb. Oraya xüsusi xidmət avtomobillərindən başqa heç bir nəqliyyat vasitəsi buraxılmır.

Qeyd edək ki, bazar ertəsi günü yerli vaxtla dünən saat 22:25 radələrində (Bakı vaxtı ilə bu gün 7:25) Olivos və Tesonko stansiyaları rayonunda körpü konstruksiyası qatarla birgə uçub.

Mexiko metrosu Şimali Amerikanın ən böyük metropolitenlərindən biridir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır