Özbəkistan, Qazaxıstan və Qırğızıstandakı diaspor təşkilatları beynəlxalq qurumlardan Ermənistanla bağlı cavab tələb edir

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Özbəkistan, Qazaxıstanın Kostanay vilayəti və Qırğızıstanda fəaliyyət göstərən Respublika Azərbaycan Mədəniyyət Mərkəzi, “Birlik” ictimai təşkilatı və “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” Ermənistanın mina xəritələrinə dair yolverilməz davranışına və ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə kəskin etirazlarını bildiriblər. 

Keçirilən tədbirlərdə Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Firdovsi Hüseynov, “Birlik” ictimai təşlilatının sədri Rәfail Hacibalayev və diaspor təşkilatlarının üzvləri çıxış ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibə nəticəsində əldə olunan parlaq Qələbədən sonra Azərbaycan dövləti yüz minlərlə insanın öz doğma ata-baba ocaqlarına qayıtmasını təmin etmək məqsədilə bütün imkanlarını azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsinə və bərpa işlərinin aparılmasına yönəldib. Lakin Ermənistan hökumətinin mina xəritələrinin təhvil verməkdən imtina etməsi bu prosesə böyün əngəl yaradır. Qeyd edilib ki, bu yolverilməz davranışı, saxta soyqırım iddiaları ilə dünyanı çaşdırmağa cəhd etməsi, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması Ermənistanın bölgədə sülh və əmin-amanlıq tərəfdarı olmadığını və beynəlxalq öhdəliklərinə məhəl qoymadığını göstərir. Tədbir iştirakçıları dünya birliyini və beynəlxalq təşkilatları bu məsələnin dərhal və qeyd-şərtsiz həlli naminə Ermənistana təzyiq göstərməyə çağırıblar. 

“Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun rəhbəri Nüsrət Məmmədovun imzası ilə beynəlxalq təşkilatlara, Türkiyənin və ABŞ-ın Qırğızıstandakı səfirliklərinə ünvanlanan bəyanatda ermənilərin soyqırımı iddialarının yalan olduğu, tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasətini təkcə qardaş Türkiyəyə deyil, uzun illər ərzində Azərbaycana qarşı (31 mart və Xocalı soyqırımları) da həyata keçirdikləri yada salınıb. Hər zaman qardaş Türkiyənin yanında olduğunu bəyan edən fond ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini nəzərə çatdırıb. 

Bəyanatda BMT-nin 3 dəfə (2000, 2007 və 2015-ci illər) Osmanlı ermənilərinin tarixi mübahisəsinin soyqırımı olmadığını və 2016-cı ildə isə “Doğu Perinçek İsveçrəyə qarşı” işinə baxan Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanla bağlı halın soyqırımı kimi sübut edilmədiyini elan etdikləri vurğulanıb. ABŞ Prezidentindən sözügedən qərarlara hörmətlə yanaşması, soyqırımla əlaqədar bütün dəlilləri ortaya qoyması tələb edilib, müxtəlif xalqlara qarşı soyqırımlar törədən ölkəsinin tarixinə nəzər salması tövsiyə edilib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır