Adil Əliyev: İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri davam edir

2020-ci il sentyabrın 27-də Ermənistan növbəti dəfə vətəndaşlarımızı ağır artilleriya zərbələrinə məruz qoydu. Düşmənin həyata keçirdiyi bu təcavüzə həmişəlik son qoymaq məqsədi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. Bundan sonra şanlı tariximizin Zəfər salnaməsi yazılaraq, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan müharibədə məğlubiyyətə uğrayaraq, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi.

Bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, təxminən 27 il bundan əvvəl qəbul edilsə də, kağız üzərində qalan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan özü icra etməli oldu. “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas cəhəti dərhal icra mexanizminin həyata keçirilməsi ilə bağlıdır. BMT qətnamələrinin bəzi hallarda icrası cəmi bir neçə saat çəkir. Burada ortaya maraq doğuran bir sual çıxır ki, hansı səbəbdən qətnamə bu vaxta qədər icra edilmirdi? Hansı ki, bu qətnamələrin dərhal və qeyd-şərtsiz icrası vacibdir. Lakin hökm sürən ikili standartlara görə ötən dövrdə bu qətnamələrin icrasına heç bir məcburiyyət tətbiq edilmədi”, – deyə deputat vurğulayıb.

Adil Əliyev qeyd edib ki, 1992-ci ildə Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, 613 nəfər günahsız dinc sakin qətlə yetirilib. Xocalı soyqırımı indiyədək 13 ölkə tərəfindən tanınıb. Ermənilər işğal dövründə şəhər və kəndlərimizi dağıdıb, tarixdə misli görünməmiş vandallıq aktları törədiblər. Bu gün işğaldan azad edilmiş ərazilərə baxdıqda buradan bir barbar qoşunu keçməsinin şahidi oluruq. Təsadüfi deyil ki, törədilmiş bu vandallıq aktlarının nəticəsində mütəxəssislər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırırlar. Ermənilər vandalizm aktı törədərək tarixi, mədəni və dini abidələri təhqir və qarət ediblər və 60-dan çox məscidi dağıdıblar. Azərbaycan tarixi ədaləti bərpa edərək 30 ilə yaxın işğal altında olan torpaqlarını düşmən tapdağından azad etdi. Tarixi ədalətin bərpası ilə yanaşı, bu gün işğaldan azad edilmiş ərazilərimizin də yenidən qurulması prioritet istiqamətdir.

“İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi, həmin ərazilərə “Böyük Qayıdış”ın təmin olunması dövlətimizin əsas prioritetlərindəndir. Dövlətimizin başçısının işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı yenidənqurma prosesi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının icrasına başlandı. Əminik ki, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında yenidənqurma işləri çox sürətlə davam edəcək, işğaldan azad edilmiş ərazilərimiz firavan günlərə qovuşacaqdır”, – deyə Adil Əliyev əminliyini ifadə edib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır