Anar Kərimov: “Fransa cəmiyyətinin mövqeyi Azərbaycanda təəssüflə qarşılanır”

“Fransa cəmiyyətində, eləcə də UNESCO tərəfindən işğaldan azad olunan ərazilərdəki xristian abidələrinə dair fikirlərin daha çox səsləndirilməsi və həmin ərazilərdə dağıdılmış İslam irsi barədə hər hansı mövqeyin ifadə olunmaması Azərbaycanda təəssüflə qarşılanır”.

Olaylar.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüşdə deyib.

Nazir bildirib ki, dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq, işğaldan azad olunan ərazilərdəki və ümumilikdə Azərbaycandakı bütün inanc yerlərinin, abidələrin qorunması dövlət siyasəti səviyyəsində həyata keçirilir.

Qeyd olunub ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən “Bakı Prosesi”, Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərin Sammiti, habelə bir sıra ölkələrdə müxtəlif dini mədəni məkanların bərpa edilməsi ilə bağlı reallaşdırılan layihələr ölkəmizin bu sahədə siyasətinin açıq göstəricisidir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir