Azərbaycanda ərzaq məhsullarının bahalaşma faizi açıqlandı

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb.
Aktor.Az xəbər verir ki, bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2017-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,1%, o cümlədən qeyri-ərzaq mallarıi 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlər 0,4% bahalaşıb, ərzaq məhsulları isə 1% ucuzlaşıb.
Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, alçanın, şaftalının, qarpızın, yemişin, pomidorun, badımcanın, yerkökünün, kartofun, tütün məmulatlarının qiymətlərində azalma, mal və qoyun ətinin, pendirin, kərə və zeytun yağlarının, limonun, soğanın, sarımsağın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, ayaqqabıların, inşaat materiallarının, benzinin, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, soyuducuların, tozsoranların, alət və avadanlıqların, velosipedlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində artım, geyimin, səs və təsvir yazılışı üçün daşıyıcıların, kondisionerlərin, fərdi kompüter və mobil telefonların qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyul ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, dəmiryol və taksi nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, Azərbaycandan kənara istirahət turlarının qiymətlərində artım, ev və məişət xidmətlərinin, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin qiymətlərində isə azalma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
  • Oxşar xəbərlər

    Azərbaycanda yeni konsepsiya hazırlandı

    Prezident İlham Əliyev “Etibarlı Tərəfdaş Konsepsiyası“nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Konsepsiyanın məqsədi sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsidir. Konsepsiyanın hədəf…

    Ərdoğan Zəfər paradında iştirak edəcək

    Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda Zəfər paradında iştirak edəcək. Məlumata görə, Ərdoğanla birlikdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidanın da…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır