Laçında yaşayan erməni: “Heç hara getməyəcəm” – VİDEO

Rusiyalı sülhməramlılarla Xankəndidə görüşdüm. Bura da gəlmişdilər. Yemək təklif etdim, götürmədilər. Dedilər ki hər şeyləri var. Dünən gecə döşək və qazan istədilər. Verdim, minnətdarlıq etdilər.

Olaylar.az bildirir ki, Laçın rayonunda yaşayan erməni Gegam Harutyunyan Sputnik Armenia-nın reportyoru ilə söhbətində belə deyib.

G. Harutyunyanın sözlərinə görə, 1991-ci ildə Laçına köçüb. İndi də oranı tərk etmək niyyətində deyil.

“Hara gedim ikinci dəfə? Yox. İstəmirəm, getməyəcəm. Ruslar qalsalar, qalacağıq. Getsələr də, qalacam. Azərbaycanlılarla birgə yaşamağa cəhd göstərəcəyəm. Başqa çarə yoxdur”, – G.Harutyunyan deyib.

Müsahibə əsnasında Sputnik-in reportyoru “azərbaycanlılar” kəlməsi işlətmir – erməni təbliğatı onun beyninə işləyib. Bu səbəbdən də reportyor “Onlarla birlikdə yaşaya biləcəksiniz?” deyir.

Gegamın cavabı, deyəsən, onu elə şoka salıb ki, müsahibə dərhal başa çatıb.

Gegam Harutyunyanın açıqlaması Ermənistan üçün sensasiya sayıla bilər.

Son 30 il ərzində erməni cəmiyyətinin anti-Azərbaycan təbliğatı ilə necə “bəslənməsi”nin şahidiyik. Sosial şəbəkələrdə, YouTube-da Azərbaycana həsr olunmuş bütün profil və kanallara daraşan ermənlərin bir məqsədi vardı – təhqir, söyüş, tərbiyəsizlik. Elə bir nifrət vardı ki, bu xalqa yazığın gəlirdi, sadəcə.

İndisə kadrda adi kəndlidir. O, “Böyük Ermənistan”, “Miausm” və ermənilərin beynini zəhərləyən digər sarsaq ideyalardan çox uzaqdır. Sadəcə, yaşadığı yerdə yaşamaq istəyir və “soyqırım” nağıllarına, “Böyük Ermənistan”a tüpürmək belə, istəmir.

Maraqlıdır, daşnaklar bu “satqın”ı artıq hədəfə alıblar? ASALA növbəti “qisas” üçün pul ayırıb, İrəvan meriyası yeni “qəhrəman terrorçu”nun heykəlinə yer hazırlayıb?

Laçında yaşayan Gegam Harutyunyanı nə gözləyir? Azərbaycanlılar onu xilas edə biləcəkmi?

1 dekabra, işğalçıların Laçını tam tərk etməsi üçün ayrılmış vaxtın son gününə hələ xeyli var…(milli.az)

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

 

 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir