Ermənilərin törətdiyi ekoloji genosidlə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

Qarabağda və son günlər Kəlbəcər rayonunda ermənilər tərəfindən meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə qırılması kimi ekoloji cinayətlərə son qoyulması və bu cinayət faktlarının beynəlxalq ekoloji təşkilatlara çatdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri Beynəlxalq tərəfdaş təşkilatlarla onlayn görüşlər keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi ofisi və BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi ilə ayrı-ayrılıqda keçirilən onlayn görüşlərdə Qarabağ bölgəsinin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə zərər dəyməsi, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimizin məqsədli şəkildə məhv edilməsi barədə bir daha xarici təmsilçilər məlumatlandırılıb.

Eyni zamanda, erməni işğalçılarının törətdiyi ekoloji genosidin dayandırılması üçün ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ümumilikdə 31 beynəlxalq təşkilata müraciət ünvanlanıb.

Müraciətlərdə qeyd olunub ki, beynəlxalq təşkilatlar Ermənistanın Qarabağ ərazisində törətdikləri faktiki ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbirlər görmür, əksinə, buna göz yumur.

Qarabağ ərazisində, Kəlbəcər rayonunda davam etdirilən ekoloji terror aktları, təbiətin vəhşicəsinə talan olunması və bunlara son qoyulması ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Bütün bölgəyə təsir edən və qlobal miqyasda bərpaolunmaz ekoloji nəticələrə səbəb olacaq bu dəhşətli əməllərə təcili reaksiya və ədalətli qiymət verilməsi tələb edilib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir