KƏLBƏCƏR İŞĞALDAN AZAD OLUNDU

“Zorba ilə yurdumuza girən ermənilərin sümükləri, torba ilə çıxarıldı Kəlbəcərdən”!

Bir neçə gündür ki, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr 2020-ci ildə imzaladığı Birgə Bəyanata uyğun olaraq ermənilər işğal altındakı Kəlbəcər rayonunu boşaltmağa və qeyri qanuni məskunlaşdıqları Azərbaycan ərazilərini tərk etməyə məcbur edilirlər.

Əraziləri və məskunlaşdıqları məkanları tərk etməzdən əvvəl indiyə qədər bütün dünyaya “az qala beş min il sivilizasiya tarixi olan və ən qədim mədəni xalq” kimi təqdim edilən vəhşi ermənilər Kəlbəcər ərazisində 30 ilə qədər yaşadıqları və bəhrələndikləri torpaqları viran qoydular, məskunlaşdıqları və uzun müddət istifadə etdikləri azərbaycanlılara məxsus evləri söküb dağıtdılar və sonda od vurdular, qədim yurdları, yaşayış məskənlərini, hətta məktəbləri belə son detalına qədər sökərək, tikililərin fundamentinə belə od vurdular, kölgəsində barındıqları ağacları kəsib doğrdılar, meşələri odladılar, su içdikləri bulaq və çeşmələri basdırdılar, hərəkət etdikləri yolları və körpüləri dağıtdılar… Dünən axşam bəzi televiziyalarda bununla bağlı nümayiş etdirilən kadrlar tarix boyu erməni xalqının alnına yapışdırılmış elə bir qara ləkədir ki, onu kimsə odadan təmizləyə bilməyəcək! Bir sözlə, gecə saat 00:00-a qədər rayonu tərk edən ermənilər qədim Kəlbəcərdən daşıya bildiklərini daşıdılar, vura bildikləri qədər ziyanı vurdular, hətta ölülərinin qəbirlərini belə torbalara dolduraraq özləri ilə apardılar. Amma bir dostumun söylədiyi kimi “nə torpağı aparmağı bacardılar, nə də Kəlbəcərin Azərbaycan ərazisi olduğu gerçəkliyi dəyişə bildilər. 28 il bundan əvvəl bu torpaqlara zorba ilə qədəm qoyan işğalçılar, bu gün yurdumuzdan torba ilə çıxarıldılar”!

Beləliklə, bu gündən Kəlbəcər rayonu artıq Ermənistan silahlı qüvvələrinin işğalından azaddır!

Əli Həsənov

professor

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır