Myanma qaçqınlarına daha bir məhdudiyyət

Banqladeş höküməti Myanmadan rohinja qaçqınlarının ölkəyə girişinə məhdudiyyət qoyub. Qaçqınlar öz ölkələrinə qayıdana qədər, yalnız miqrantlar üçün ayrılmış düşərgələrdə qala bilərlər. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında qeyd olunur ki, bu ilin avqustun 25-dən sentyabrın 15-dək Myanmadan Banqladeşə gələn rohinya qaçqınlarının sayı 409 min nəfər olub. Sonrakı günlərdə bu rəqəm yenə artıb.

Banqladeş polisi bildirir ki, qaçqınlar bu ölkənin ərazisində öz qohumları, dostları və tanışları ilə birlikdə yaşaya bilməzlər. Hökümət onların müvəqqəti yaşayışı üçün xüsusi yerlər ayırıb və bunun üçün bütün lazımi tədbirlərin görülməsinə sərəncam verib. Qaçqınlara ilk növbədə, ərzaq verilməsi və tibbi yardım göstərilməsi nəzərdə tutulub. Müsəlman rohinjaların məskunlaşdıqları düşərgədən kənara çıxmamaları, avtomobil, dəmir yol və dəniz nəqliyyatından istifadə etməmələrinə xüsusi tapşırıq verilib.

Ölkə polisi sürücülərə müraciət edərək, rohinja millətinə mənsub olanlara xidmət göstərməməyə çağırıb.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir