Xaricdə yaşayan soydaşlarımızdan Ali Baş Komandana təbrik məktubları gəlməkdə davam edir

30 ilə yaxındır Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad
edilməsi, xüsusilə qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin düşməndən təmizlənməsi
xaricdə yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olub. Ayrı-ayrı soydaşlarımız,
eləcə də diaspor təşkilatları adından Prezident İlham Əliyevə ünvanlanan məktublarda
müzəffər Ali Baş Komandana və rəşadətli ordumuza minnətdarlıq ifadə olunur.
Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan,
Almaniya, İsveçdə yaşayan soydaşlarımız, Belçikadan Avopa Azərbaycanlıları Konqresi
cənab Prezidentə göndərdikləri məktublarda böyük qələbə münasibətilə Azərbaycan
ordusu və Ali Baş Komandanı təbrik edir, onların şücaəti ilə qürur duyduqlarını bildirirlər:
“Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son qoydunuz.
Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb.
Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır! Möhtərəm Ali Baş
Komandan! Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb”.
Müraciətlərdə Azərbaycan diasporunun Vətənimizə, dövlətimizə, Prezidentimizə və
ordumuza dəstəyi xüsusi vurğulanır. Soydaşlarımız dünyanın harasında yaşamasından
asılı olmayaraq dövlətimizə xidmətə və cənab Prezidentin əmrinə hər zaman hazır
olduqlarını bəyan edirlər.
Qeyd edək ki, işğalçı Ermənistan ordusunun 27 sentyabr 2020-ci il tarixdən
başlayan təxribatçı hərəkətlərinə cavab verməyə məcbur olan Azərbaycan ordusunun
əldə etdiyi uğurlarla bağlı xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən Ali Baş
Komandana 100-dən çox təşəkkür məktubu ünvanlanıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır