Ekspertlər mustəntiqlik edəndə…..

Ötən gün ATV telekanalının “Bizimləsən” verilişində, illər öncə bir-birindən ayrı düşmüş Tatyana və Olesya bacılarınin qarşılaşma anında ürək ağrıdan anlar yaşanıb. Aparıcı Zaur Baxşəliyevin, bacısını axtaran Olesyaya dəfələrlə -“bacın hər necə olsa, qəbul edərsən”? sualına, ikinci “əlbəttə qəbul edərəm, axı o mənim bacımdır” cavabını verdi. Lakin, qarşılaşma anında tam əksinə bir mənzərə yarandı. Xaçmazdan bacısının axtarış harayına gələn Tatyananı Olesya çox soyuq qarşılayaraq, “sən mənim bacım deyilsən” söylədi. Elə bununla da aləm bir-birinə qarışdı. Kiçik bacı Olesya, özündən böyük Tatyananın uşaqlıq xatirələrinin heç birini təsdiqləməyərək, dolayısı yolla onu yalançı adlandırdı. Tatyana da, yalançı olmadığını və polisə gedəcəyini bildirdi. Həyatın acı zərbələrinin sifətində iz buraxdığı,nimdaş geyimli, psixoloji durumu ağır olan Tatyananı, nisbətən səliqəli, normal yaşayışı xarici görünüşündən bəlli olan Olesya qəbul etmədi…. Bu səhnəni oxuculara çatdırmaqda məqsədimiz başqadır.

Məlumdur ki, bu tipli proqramlara müraciət edən insanlar arasında xəstə, əlil, psixoloji durumu ağır olanlar az deyil. Onların acısını nisbətən yüngülləşdirmək üçün, kiçicik xoş bir kəlmə kifayətdir ki, bu insanlar özlərini yalnız, arxasız və ən nəhayət cəmiyyətdən təcrid olunmuş hiss etməsinlər. Bunun da açarı aparıcının və proqrama dəvətli ekspertlərin əlindədir. Bacıların probleminə ekspertlərin müdaxiləsi tərəfləri sakitləşdirmək əvəzinə, daha da qıcıqlandırdı. Hüquqşünas Tağı Hüseynovun yersiz və məntiqsiz iradları Tatyananın gərgin vəziyyətini daha da ağırlaşdırdı. Onun Tatyanaya rişxəndlə : “ – Bura gəlməyə pulu güclə tapmısan. Polisə, ekspertizaya hansı pulla gedəcəksən”? -deməsi sonuncunu, təbdən çixardı. Yaxşı ki, aparıcının vaxtında və məntiqli müdaxiləsi tərəflərin söz atışmasının qarşısını aldı.

Son: Bildiyimiz kimi, ekspert qismində dəvət olunan hörmətli Tağı Hüseynov hüquqşünas vəkildir. Hüquqşünas vəkilin isə, minlərlə televiziya izləyicilərinin qarşısında müstəntiq kimi çıxış edərək, rişğəndlə kimisə sorğu-sual etməsi yolverilməzdir. Bu baxımdan proqrama dəvət olunan ekspertlər söyləyəcəyi sözü yüz ölçüb, bir biçməlidirlər. Unutmasınlar ki, oraya müraciət edənlər dərdli insanlardır və son ümidlərini belə verilişlərə bağlayırlar. Heç kimə də rişxənd və təhqir etməyə haqq verməyiblər. Xüsusən də, milyonların izlədiyi telekanallarda……..

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir