Belə xain hərəkətlər insanlarımızı qarşıya qoyulmuş məqsəddən çəkindirməyəcək- YUNUS OĞUZ

“Ermənistan  yenə  öz  xislətini  göstərdi.Terrorçu  vandal  və  nəinki   regiona,  hətta  bəşəriyyətə, dünya  ölkələrinə   təhlükə  olduğunu bir  daha     sübut  etdi”. Bunu  Olaylar.az-a Azərbaycanın  Bütövlüyü  Uğrunda  Cəmiyyətin  sədri Yunus  Oğuz  bildirib.

Onun sözlərinə görə, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutaraq,  dinc insanları  qətlə yetirməsinin  adı   terrordur.

QHT sədri vurğulayıb ki, son  günlər  Azərbaycan ordusunun işğal edilmiş torpaqlarda işğalçı Ermənistana qarşı uğurlu əks-hücumlar həyata keçirməsi və  ərazilərimizin azad olunması, düşmənin canlı qüvvəsi və texnikasının  məhv edilməsi Ermənistanı cox  ciddi  narahat   edir. Ermənistan  bu  əks-hücumların  işğal olunmuş torpaqların  tam azad  edilməsinə   gətirib  çıxaracağını  bilir. Ona  görə  də  xain  əməllərini   vəhşicəsinə   həyata  keçirir.

QHT sədri  bildirib ki, ermənilərin  Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutaraq,  dinc insanları  qətlə yetirməsi Xocalı   faciəsinə  bərabər     terror aktıdır və  dünya  bu  vəhşiliyə  susmamalıdır.

” Mən  əminəm  ki, belə  xain  hərəkətlər  insanlarımızı  qarşıya  qoyulmuş  məqsəddən  çəkindirməyəcək, Azərbaycan  Ali  Baş  Komandan  İlham  Əliyevin  ətrafında  daha  sıx  birləşəcək. Qısa  bir  zamanda   torpaqlarımız  işğaldan  azad   ediləcək.”-deyə  Yunus  Oğuz  bildirib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir