Soydaşlarımız rəsmi Londonu Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb

Böyük Britaniyada yaşayan azərbaycanlı icması ölkənin xarici işlər naziri Dominik Raaba müraciət edib.

“OLAYLAR” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyevin və Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın imzaladıqları məktublarda britaniyalı nazirə kanadalı həmkarı Fransua-Filip Şampanla hərbi toqquşmaların dayandırılmasına çağıran 6 oktyabr 2020-ci il tarixli birgə bəyanatına görə minnətdarlıq ifadə edilib. Azərbaycan mənşəli britaniyalıların yaşadıqları ölkənin xarici siyasətinin balanslı və müstəqil yanaşmasını yüksək qiymətləndirdiklərini qeyd edən azərbaycanlı icması Fransa prezidenti Emmanuel Makronu dövlətimizin və xalqımızın ünvanına əsassız ittihamlar səsləndirdiyinə görə sərt tənqid edib.

Azərbaycanla Böyük Britaniyanın tarixi əlaqələrə malik olduğunu, müasir dövrdə ölkələrimizin neft-qaz, elm, mədəniyyət və ticarət sahələrində tərəfdaşlıq və əməkdaşlıq etdiyini bildirən soydaşlarımız rəsmi Londonu Azərbaycana münasibətdə ədalətli siyasət yürütməyə, nüfuzundan və diplomatik çəkisindən istifadə edərək Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, milyona yaxın qaçqın və məcburi köçkünlərimizin öz evlərinə geri qayıtması və Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün dəstək göstərməyə çağırıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır