Xarici siyasiyətçilər, ekspertlər və məşhurlar Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatçı əməllərini pisləyir

İordaniyalı tarixçi-jurnalist “Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq” kitabının müəllifi Ömər Əl-Armutinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladığı məktub  İordaniya Haşimilər Krallığında “Nayrouz” qəzetində dərc edilib. O, məktubunda Azərbaycanın işğal altında olan ərazilərində separatçılarla döyüşlərin getdiyi bir vaxtda ölkəmizə olan dəstəyini ifadə edib. Azərbaycanın əzəli torpaqlarının təcavüzkarlardan, qəsbkarlardan və işğalçılardan azad edilməsi uğrunda apardığı mübarizəyə haqq qazandırıb: Hamıya məlumdur ki, BMT-nin qətnamələri və beynəlxalq sənədlərdə Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bunun nəticəsində 1 milyondan çox azərbaycanlının öz ölkəsində məcburi köçkün olması təsbit edilib. Ermənistanın həmin qətnamələri yerinə yetirməkdən imtina etməsi də aşkar bir faktdır…..”  

Kanadalı siyasi-hərbi analitik JohanValkar  sosial şəbəkə hesabında  Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni dəstəklədiyini bildirib: Azərbaycan əsgərləri yalnız Ermənistanın işğal etdiyi torpaqları uğrunda mübarizə aparırlar. Azərbaycan Silahlı Qüvvələri yalnız erməni hərbi mövqelərinə hücum edib. Azərbaycan Ordusuna qarşı Ermənistana onlarla xarici muzdlu kömək edir…”

Kaliforniyanın San-Dieqo şəhərində yaşayan hərbi jurnalist, veteran  Benjamin Minik twitter hesabında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib: “Erməni yalanları və təcavüzü dayandırılmalıdır” 

Böyük Britaniyada Biznes, Diplomatiya, Hüquq və Qlobal Təhlükəsizlik üzrə mütəxəssis, analitik və tədqiqatçı Edison Lami da Ermənistanın Azərbaycanda mülki əhalini atəşə tutmasını kəskin şəkildə qınayan paylaşım edərək ölkəmizin haqlı mövqeyini dəstəklədiyini nümayiş etdirib.

İstanbul şəhərində Maltepe Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər  fakültəsinin professoru Hasan Ünal sosial şəbəkə hesabında erməni yalanlarına son qoymağa və Azərbaycanın Ermənistanın qanunsuz işğalı altında saxladığı ərazilərini azad etmək üçün mübarizə apardığını bildirib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır